Xerson vilayəti administrasiyasının mətbuat xidməti Ukrayna qoşunlarının Xersondan Dnepr çayının əks sahilində yerləşən Alyoşki şəhərinə daxil olması barədə yayılan məlumatı saxta adlandırıb.
Bazar ertəsi və çərşənbə axşamı gecə Ukrayna mediası və Telegram kanalları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Dnepr çayının sol sahilində möhkəmlənmək üçün guya uğurlu cəhdləri barədə yazıblar. Xüsusən də bir neçə KİV Alyoşka şəhərinin Ukrayna tərəfindən işğalından yazıb.
"Ukrayna tərəfinin bəyanatları həqiqətə uyğun deyil. Qəsəbənin atəşə tutulması davam edir, lakin orada Ukrayna qoşunları olmayıb, yoxdur və olmayacaq. Bu, Ukrayna tərəfinin çaşqınlıq yaratmağa çalışdığı saxtadır", - mətbuat xidməti jurnalistlərə bildirib.
E.ŞİRİNOV