Qazaxıstanda hər 30 yanğın hadisəsində bir nəfər həyatını itirir...
Bu ilin əvvəlindən bəri Qazaxıstanda 249 nəfərin öldüyü, 212 nəfərin yanıq xəsarəti və müxtəlif dərəcədə zəhərlənmənin baş verdiyi 9 647 yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Qazaxıstan Respublikasının fövqəladə halları naziri Yuri İlyin məlumat verib.
O, qeyd edib ki, ölənlərin 107 nəfəri və ya 43% sərxoş vəziyyətdə olub.
“Yanğın hadisələrinin 60% -ində isə işsizlər və pensiyaçılar ölüb.Yəni iş yerində yanğın təhlükəsizliyi tələblərinə öyrədilməyən şəxslərdir”, - deyə Yuri İlyin diqqətə çatdırıb.
Həmçinin o, əlavə edib ki, cari ildə istilik mövsümü 1 oktyabrda başlayıb və artıq o dövrdən bəri yaşayış sektorunda 835 yanğın hadisəsi qeydə alınıb.
Nazirin sözlərinə görə, yanğın hallarında ölüm hadisələrinin sayı ABŞ-dan 11 dəfə (360 yanğında bir nəfər ölü sayı), İngiltərədən 14 dəfə, Fransada 32 dəfə yüksəkdir.
Qazaxıstanda hər 30 yanğın hadisəsində bir nəfər həyatını itirir...
Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar-sentyabrında yanğınlar nəticəsində 42 nəfər həlak olub. Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 18 nəfər çoxdur.
Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1,713 min yanğın hadisəsi (azalma 5,1%) qeydə alınıb.
Xatırladaq ki. Qazaxıstanda əhalinin sayı 19 milyona yaxındır. Azərbaycanda yaşayan əhalinin sayı isə 10 milyondan çoxdur.
JASMİN