Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) hava əməliyyatı çərçivəsində İraqda bir olmaqla Suriyada dörd bölgəyə zərbələr endirib.

Bu barədə məlumatı “A Haber” telekanalı yayıb.

Məlumata görə, Türkiyənin F-16 qırıcıları və pilotsuz uçuş aparatları Suriyanın Kobani, Tel-Rifat, Derbisiya, Derik bölgələrinə, həmçinin İraqın Şenqal bölgəsinə hücum edib.

Zərbələrin endirilməsi üçün istifadə edilən texnikanın respublikanın cənub-şərqindəki Diyarbəkirdəki Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının 8-ci əsas reaktiv bazasından havaya qalxdığı məlum olub.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi Türkiyə ordusunun İraq və Suriyanın şimalında keçirdiyi hava əməliyyatı zamanı terrorçuların bazalarını məhv etdiyini açıqlamışdı. Əməliyyatda 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatı iştirak edib. Artilleriya zərbələri həmçinin PKK-nın Türkiyədə qadağan olunmuş bazaları və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrini hədəf alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN