Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı Moskva ilə mümkün müdafiə müharibəsi zamanı Bundesverin daha hərtərəfli və genişmiqyaslı hərbi hazırlığına ehtiyac olduğunu göstərdi.
Bu barədə Almaniyanın “Spiegel” jurnalının materialında Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general Eberhard Zorn tərəfindən imzalanmış 68 səhifəlik sənədə istinadən bildirilir.
“Almaniyaya hücum potensial olaraq xəbərdarlıq edilmədən baş verə bilər və ölkəyə böyük, bəlkə də ekzistensial ziyan vura bilər. Konkret ssenarilər üzrə yerləşdirilən və öyrədilmiş qüvvələr [Rusiyanın hərbi təcavüzünün] qarşısını almaq üçün əsas olacaq. Xarici missiyalarda iştirak etmək üçün kiçik bölmələrin vurğulanması artıq dəyişmiş siyasi mühitə uyğun gəlmir" – sənəddə qeyd edilir.
Nəşrin müşahidəçilərinə məlum olduğuna görə, yeni hazırlanmış fəaliyyət planı təkcə hərbi ehtiyaclar üçün xərclərin artırılmasını deyil, həm də 10 min nəfərə qədər tam hüquqlu bölmələr kimi böyük birləşmələrin yaradılmasını nəzərdə tutur.
Bundan əvvəl Düsseldorf Ali Regional Məhkəməsi Bundesverin ehtiyatda olan zabitini Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilib. O, şərti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq hesab edir ki, müttəhim Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi ilə əməkdaşlıq edib və ehtiyatda olanlar haqqında məlumatları, eləcə də yüksək rütbəli hərbçilərin şəxsi əlaqə məlumatları və tərcümeyi-hallarını ötürüb.
E.ŞİRİNOV