Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı söylədiyi fikirlərə münasibət bildirib.

 Hikmət Hacıyev onun çıxışını təqdirəlayiq hesab edib.

Hacıyev bildirib ki, İran İslam Respublikasının bəzi rəsmi şəxsləri iki ölkə arasında gərginliyin artmasına səbəb olub: “Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”, - deyə H. Hacıyev qeyd edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN