Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Fred Fleitz deyib ki, Ukrayna ABŞ-dan yardım almağa davam etmək istəyirsə, Rusiya ilə danışıqlara razılıq verməlidir.
O, bunu noyabrın 20-də “Newsmax” telekanalına müsahibəsində deyib.
"Biz Ukraynanı silahlandırmaqda davam etməliyik, lakin Ukraynanın sülh danışıqlarında iştirakını tələb etməliyik", - o bildirib.
Fleyts vurğulayıb ki, Vaşinqton başa düşməlidir ki, Ukrayna münaqişəsi mütləq bitəcək: "Oyunun sonu üçün planımız olmalıdır".
O, həmçinin Kiyevin Amerika maliyyə yardımını məhz nəyə xərcləməsinə nəzarət etməyi təklif edib.
Avropa və ABŞ Ukraynanın maliyyə və hərbi tələblərindən getdikcə daha çox hiddətlənir. Ukrayna prezidenti Vladimir Zelenski isə "faydalar kraliçası" adlanır və qara dəliyə bənzədilir. Ukraynaya maliyyə və hərbi yardımın təşəbbüskarları korrupsiyada şübhəli bilinirdi: məsələn, ABŞ-da respublikaçılar dövlət katibi Entoni Blinkendən demokratlarla Kiyev arasında maliyyə əlaqələri barədə hesabat təqdim etməyi tələb edirlər. Ukraynaya dəstək olaraq göndərilən vəsaitlərin xərclənməsinə nəzarət etmək üçün Konqresə qətnamə təqdim edilib. Konqresmen Qrin Kiyevə külli miqdarda yardım etdiyinə görə Ukraynanı Amerikanın 51-ci ştatı adlandırıb.
E.ŞİRİNOV