Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir...

Rusiya Ukraynaya qarşı xaricdən, xüsusən də İrandan dron-kamikadzelər, eləcə də muzdlu döyüşçülər cəlb etməkdə davam edərkən, Ukrayna da oxşar üsullara əl atmaqdadır... Tezadlar.az "Ukrauinskaya pravda"ya istinadla bildirir ki, dünən noyabrın 20-də Ukraynada “Turan” adlı türk taboru yaradılıb. Bu taborun videomüraciəti "BASE" teleqram kanalında dərc olunub. Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub. Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” deyib. Sitat: “İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”.

Müraciətdə o da qeyd edilir ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır. Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar.

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN