Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya ilə barışıq danışıqlarının mümkünlüyünü görmür.
Prezident bu barədə DW-yə müsahibəsində bildirib.
O, qeyd edib ki, indi barışıq bağlamaqla bağlı tövsiyələr əlbəttə, ciddi deyil, çünki bu anda barışmaq o anlama gəlir ki, baş vermiş ədalətsizliklərə imza atırsan.
“İndiki halda barışıq o deməkdir ki, Rusiya işğal olunmuş əraziləri özündə saxlayacaq. Onunla birgə sərhədin pozulması da, beynəlxalq hüquqa laqeyd yanaşma da və torpaqların ələ keçirilməsi səlahiyyətini də", - deyə prezident xəbərdarlıq edib.
Ştaynmayer eyni zamanda, Ukrayna hökumətinin Moskva ilə mümkün danışıqlara qədər Qərb və Almaniyanın Ukraynanın təhlükəsizliyi barədə verəcəyi zəmanəti də könülsüz şərh edib.
O, vurğulayıb ki, biz hələ də hansı təhlükəsizlik zəmanətlərinin necə görünəcəyi ilə bağlı dəqiq cavab verə bilməyəcəyimiz mərhələdəyik.
Staynmayer Rusiyanın mülki şəxslərə, həmçinin Ukraynanın qaz və enerji təchizatı ilə bağlı son hücumlarını qınadığını da bəyan edib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
Y.MƏMMƏDLİ