Rusiya Federasiyası ali hərbi təhsil müəssisələrinin kursantlarının vaxtından əvvəl buraxılmasını planlaşdırır.

***

Rusiya Federasiyasının ərazisində 2023-cü ilin yanvar-fevral aylarına planlaşdırılan növbəti səfərbərlik dalğasına hazırlıq gedir.

Rusiya Ukraynaya qarşı başladığı müharibədə itkilərin əvəzini çıxmaq üçün Rusiya Federasiyası ali hərbi təhsil müəssisələrinin kursantlarının vaxtından əvvəl buraxılmasını planlaşdırır.

"Rusiya işğalçı qüvvələrinin cari itkilərini ödəmək üçün 2023-cü ilin birinci rübündə Rusiya Federasiyasının ali hərbi təhsil müəssisələrinin kursantlarının vaxtından əvvəl buraxılması planlaşdırılır".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Həmçinin bildirilir ki, Rusiya Federasiyası ərazisində 2023-cü ilin yanvar-fevral aylarına planlaşdırılan növbəti səfərbərlik dalğasına hazırlıq işləri davam edir.

"Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Xrustalnı şəhərində Rusiya işğalçı hakimiyyət orqanları səfərbərliyin başa çatdığını elan edib. Eyni zamanda, işğalçılar şəhərdə patrul fəaliyyətini davam etdirirlər və buradan çıxmaq istəyən hər kəs diqqətlə yoxlanılır”, - məlumatda deyilir.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN