Artıq mitinqlərin, yürüşlərin və nümayişlərin keçirilməsi qadağan olunan yerlər siyahısına stansiyalar, hava limanları, təhsil müəssisələri və dövlət orqanlarının binalarına bitişik ərazilər daxil edilib.

Müvafiq norma bazar ertəsi dərc edilmiş və Rusiya prezidenti Vladimir Putinin imzaladığı qanunda öz əksini tapıb.

Eyni siyahıya dəniz və çay limanları, sosial təminat binaları, təhsil və tibb təşkilatları, uşaq və idman meydançaları daxildir. İstər hakimiyyətin binalarında, istərsə də birbaşa onlara bitişik yerlərdə mitinq keçirmək mümkün olmayacaq. Qadağa həmçinin elektrik, istilik və su şəbəkələrinin istismarını təmin edən həyat təminatı obyektlərinin yaxınlığındakı ərazilərə də şamil edilir.

Qərar kilsələrə və digər dini tikililərə, habelə onların yerləşdiyi torpaq sahələrinə də şamil edilir. Eyni zamanda, Rusiya Federasiyasının subyektinin tarixi, mədəni və digər obyektiv xüsusiyyətləri ilə əlaqədardırsa, qadağa ictimai ibadətlərə və digər dini ayinlərə və mərasimlərə şamil edilməyəcəkdir.

Əvvəllər qadağa yalnız Rusiya Federasiyası Prezidentinin iqamətgahlarına, məhkəmələrin, təcili əməliyyat xidmətlərinin və Federal Penitensiar Xidmətin binalarına birbaşa bitişik ərazilərdə qüvvədə idi. Qadağa həmçinin dəmir yolu xətlərinə, neft, qaz və məhsul boru kəmərlərinə, yüksək gərginlikli elektrik xətlərinə, eləcə də təhlükəli istehsalat obyektlərinə birbaşa bitişik yerlərə şamil edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN