Rusiya istənilən sanksiyalara öz maraqları əsasında cavab verəcək.

Bu barədə Sputnik-ə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının yeni anti-Rusiya sanksiyalar paketinin hazırlanmasına münasibət bildirərkən deyib.

Zaxarova xatırladıb ki, Moskva öz maraqlarına əsaslanaraq, öz istiqamətində istənilən sanksiyalara proporsional cavab verir.

Onun sözlərinə görə, bu cür cavab tədbirləri Rusiya tərəfi tərəfindən diqqətlə hazırlanır: “Siz çox gözəl bilirsiniz ki, istənilən sanksiyalara proporsional cavab verilir, ölkəmizin maraqları əsas götürülür, idarələrarası formatlarda işlənir, razılaşdırılır, yoxlanılır və s.”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya Federasiyası sanksiyalar altında yaşamağı öyrənib.

Dekabrın 5-də “Politico” qəzeti yazıb ki, Avropa İttifaqında Rusiya əleyhinə yeni sanksiyalar paketi ilə bağlı müzakirələr başlayıb. Doqquzuncu sanksiyalar paketi dekabrın 12-də Aİ xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. “Financial Times” yazır ki, Avropa İttifaqı doqquzuncu sanksiyalar paketində bir neçə media kanalının yayımını qadağan etməyi, həmçinin məhsulların ixracına nəzarətin qurulmasını təklif edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN