Rusiya aktivləri daha çox 3 ölkədə - İtaliya, Almaniya vı Avstriyada dondurulub...

 Macarıstan noyabrın sonuna kimi Rusiyanın təxminən 350 milyard forint və ya 870 milyon avro dəyərində aktivlərini dondurub.

Bu barədə “Nepszava” macar nəşri məlumat dərc edib.

Bu, hətta digər Avropa ölkələri ilə müqayisədə əhəmiyyətli bir məbləğdir, xüsusən noyabr hesabatından əvvəl Budapeşt Brüsselə cəmi 3000 avronun həbsi barədə məlumat vermişdi.

Son məlumatlara görə, İtaliyada 2,3 milyard, Almaniyada 2,2 milyard, Avstriyada təxminən 1,8 milyard avro, Bolqarıstanda isə 11,3 milyon, Çexiyada 10,8 milyon, Slovakiyada 4,9 milyon avro dondurulub.

***

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri cümə axşamı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Belə ki, Avropa Komissiyasının dekabrın 7-də təqdim etdiyi sanksiya siyahısına hərbçilər, müdafiə sənayesi nümayəndələri, Dövlət Duması və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar və siyasətçilər də daxil olmaqla 200-ə yaxın fiziki şəxs və şirkətin əlavə edilməsi təklif edilib.

Avropa Komissiyası daha üç Rusiya bankına qarşı sanksiyalar və ikili təyinatlı mallara əlavə ixrac məhdudiyyətləri təklif edib, həmçinin Rusiyanın pilotsuz təyyarələrə girişini çətinləşdirmək üçün tədbirlər hazırlayır.

Bundan əvvəl bildirilmişdi ki, Baltikyanı ölkələr və Polşa Avropa İttifaqının yeni sanksiyalar paketinin qəbuluna mane olur, çünki bəzi ölkələr ərzaq ixracını təmin etmək adı ilə onları yumşaltmağı təklif ediblər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN