“Ukrenergo” bu gün Ukraynanın enerji infrastrukturuna dəyən ziyana görə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.
“Ukraynanın elektrik enerjisi infrastrukturunun zədələnməsi (istilik elektrik stansiyaları, su elektrik stansiyaları, magistral şəbəkələrin yarımstansiyaları) nəticəsində Ukraynanın vahid enerji sisteminin istehlakının 50%-dən çoxu itkisi baş verib. Biz hesablaşma dövründən - dekabrın 16-sı saat 09:00-dan (Moskva vaxtı ilə 10:00) fövqəladə vəziyyətin başlandığını elan edirik", - şirkətin saytında deyilir.
E.ŞİRİNOV