6 gündür ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Aksiyada iştirak edən könüllülüər "Təzadlar"a bildirirlər ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.
Qeyd edək ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Ötən gün Rusiya sülhməramlılarının qərargahında keçirilən görüşdə monitorinq qrupuna “Qızılbulaq” və “Dəmirli” yataqlarına baxış keçirilməsinə şəraitin yaradılmaması aksiya iştirakçılarını təbii ki, qane edə bilməzdi və onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.
Hələki qarşı tərəfdən müsbət reaksiya yoxdur...
A.Məmmədli