Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis doqquzuncu anti-Rusiya sanksiyalar paketinin hansı bölgələrə təsir edəcəyini dəqiqləşdirib.

Bu barədə o, Twitter-də yazıb.

Dombrovskisin sözlərinə görə, məhdudiyyətlər 168 müxtəlif təşkilata, hərbi sənaye kompleksinə və energetikaya təsir edəcək.

“Biz həmçinin Rusiyanın energetika və mədənçıxarma sektorlarına, eləcə də Rusiya biznesi üçün xidmət sektoruna, o cümlədən reklam, bazar araşdırmaları, ictimai rəy sorğuları və digərlərinə investisiya qadağalarını genişləndiririk”, - deyə siyasətçi bildirib.

Dekabrın 7-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların doqquzuncu paketini açıqlayıb. Dekabrın 15-də Reuters xəbər verib ki, AK sanksiyalarla bağlı razılığa gəlib. Fon der Leyenin sözlərinə görə, məhdudiyyətlər üç bank, dörd telekanal və müdafiə sənayesi şirkətlərinə təsir edəcək. Aİ sanksiyaların Rusiyanın pilotsuz təyyarələrə və dronlara “çıxışını bağlayacağını” gözləyir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası sanksiyalara cavabını məhdudlaşdırıcı tədbirlərin siyahısının rəsmi dərcindən sonra verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN