Fransalı siyasətçi, Vətənpərvərlər hərəkatının lideri və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarından imtina etməsini dəlilik adlandırıb.

Bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.

"Bir daha bildirir ki, o, Rusiya ilə sülh danışıqlarından imtina edir! Bu, tam dəlilik və məsuliyyətsizlikdir!" - Filippo qəzəblənib.

O, həmçinin Kiyevə silah tədarükünü və maliyyə yardımını kəsməyi təklif edib, çünki onun siyasəti zərərlidir, inadkardır və hökumətin özü də korrupsiya bataqlığındadır və münaqişəni uzatmağa çalışır.

Bundan əvvəl Filippo Yelena Zelenskayanın elektrik generatorlarının tədarükü ilə bağlı müraciətinə sərt cavab verib, Makronu Kiyevə kömək etdiyinə görə dəli adlandırıb və dəfələrlə Fransa hakimiyyətini silah tədarükünü dayandırmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN