Bu gün aksiyanın altıncı günüdür. Biz tələblərimiz yerinə yetirilənə qədər buradayıq. Dünən hava şəraiti yağmurlu olsa da bu, aksiya iştirakçılarının əhval-ruhiyyəsinə təsir etmədi.
TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri AzərTac-a müsahibəsində “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə söyləyib.
O əlavə edib ki, biz burada haqqımızı tələb edirik. Aksiya iştirakçısı, eyni zamanda, bir vətəndaş olaraq ermənilər tərəfindən qanunsuz şəkildə təbii sərvətlərimizin talanmasına göz yuma bilmərik. Təəssüf ki, ərazilərimizin ermənilər tərəfindən qanunsuz istismarını Rusiya sülhməramlıları da müşahidə edir və heç bir müdaxilə etmirlər.