Rusiya işğalçı qüvvələri Saçxeri bələdiyyəsinin Perevi kəndi yaxınlığında qanunsuz olaraq Gürcüstan vətəndaşını saxlayıblar.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb və qanunsuz saxlama faktı ilə bağlı Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara məlumat verilib. Qeyd olunub ki, bütün mövcud rıçaqlar işə salınıb və qanunsuz həbsdə olan şəxsin azad edilməsi üçün beynəlxalq tərəfdaşlarla iş aparılır.
Rusiya Müdafiə Nazirliyi isə hələki Gürcüstan vətəndaşının həbsinə aydınlıq gətirməyib.
A.Məmmədli