“...Ciddi sülh danışıqları mümkün olana qədər gözləməli olacağıq”.
BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi Ukrayna və Rusiya arasında silahlı münaqişənin perspektivləri ilə bağlı pessimist olduğunu, lakin bunun 2023-cü ildə bitəcəyinə ümid etdiyini bildirib.
AFR verdiyi məlumata görə, bu fikri Quterreş Nyu-Yorkda BMT-nin illik yekunlarına dair mətbuat konfransında bildirib.
"Mən yaxın gələcəkdə effektiv sülh danışıqlarının mümkünlüyü ilə bağlı nikbin deyiləm. Hələ də hesab edirəm ki, hərbi qarşıdurma davam edəcək.
Düşünürəm ki, ciddi sülh danışıqları mümkün olana qədər gözləməli olacağıq. Mən yaxın müddətdə bunları mümkün hesab etmirəm” , - deyə bildirib. В Eyni zamanda, BMT-nin baş katibi RF-nin başladığı müharibə səbəbindən yüksək ərzaq və enerji qiymətlərindən əziyyət çəkən Ukrayna xalqı, Rusiya cəmiyyəti və qlobal iqtisadiyyat üçün “nəticələri” əsas gətirərək 2023-cü ildə Ukraynada sülhün əldə olunacağına ümid etdiyini bildirib.
"Bütün bunlar bizim 2023-cü ilin sonuna qədər sülh yolu ilə həllin həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməyimiz üçün səbəblərdir" , - Quterreş bildirib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.
Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.
Y.MƏMMƏDLİ