"Saakaşvilinin Gürcüstana göndərilməsi ölkəni müharibəyə cəlb etmək üçün xüsusi əməliyyat idi".
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze, Zelenskinin Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə etdiyi müraciəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanı müharibəyə cəlb etmək istəyiblər və bununla bağlı konkret faktlar var: “Bu sadə bir qiymətləndirmədir. Qeyd etdiyimiz kimi, müharibədə iştirak bu xüsusi əməliyyatın əsas məqsədlərindən biri idi. Biz bunu təsadüfən demirik, faktlar mövcuddur. Biz Ukraynanın bir sıra yüksək rütbəli məmurlarının hazırda Gürcüstan hökumətində müharibə apara biləcək insanların olmadığını, Saakaşvilinin isə bunu edə biləcəyi barədə bəyanat verdiklərini müzakirə edə bilərik. Bəli onların belə bir gözləntiləri var. Xüsusi əməliyyatın sifarişçiləri Ukrayna prezidentini belə bu məsələyə münasibət bildirmələrini təmin ediblər. Biz bütün bunları bir-biri ilə əlaqədə, sintez olaraq nəzərdən keçirməliyik. Belə şeylər təsadüfən baş vermir. Bu, Gürcüstanı müharibəyə cəlb etmək və uğursuzluğa düçar etmək üçün xüsusi əməliyyat idi", - deyə Mdinaradze vurğulayıb.
Qeyd edək ki, Ukrayna prezidenti Vlodimir Zelenski, hazırda həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə müraciət ünvanlayıb.
24news.ge