Avropa İttifaqı Rusiyaya təhlükəsizlik zəmanəti verməyə borcludur.
Bunu Fransa prezidenti Emmanuel Makron iki yerli telekanala müsahibəsində deyib. Söhbət dövlət başçısının hərbçilərlə illik görüşündən sonra “Şarl de Qoll” aviadaşıyıcısının göyərtəsində olub. Makron Ukraynada gərginliyin daha da artmasının qəti əleyhinə olduğunu vurğulayıb və sülh danışıqlarına çağırıb. Prezidentin sözlərinə görə, əks halda bütün Avropa qitəsinin iştirak edəcəyi hərbi münaqişə başlayacaq.
"Bizim rolumuz sülh hazırlamaqdır və vaxt gələndə danışıqlar tələb olunacaq. Münaqişə tərəfi kimi Rusiyanın danışıqlar masası arxasında olması zəruridir. Belə bir mövzunu müzakirə etdiyim üçün məni qınayan hər kəs mənə nə təklif etdiyini izah etsin. Bunun üzərində işləməkdən imtina edən insanlar tam miqyaslı müharibə təklif edirlər. Bu, bütün qitəyə təsir edəcək”, – Makron bildirib.
Eyni zamanda, Emmanuel Makron özü ilə ziddiyyət təşkil edir: o, yeni silah tədarüklərini elan etdi. Onun sözlərinə görə, gələn ilin əvvəlində Fransa Ukraynaya mərmiləri və SEZAR özüyeriyən silahlarını təhvil verəcək. Fransa prezidenti konkret olaraq nə miqdarda və nə vaxt olduğunu açıqlamayıb. Ümumilikdə, hərbi münaqişə başlayandan bəri Paris Silahlı Qüvvələri 18 belə silahla təmin edib. Və elə bu günlərdə Kiyev fransalı tərəfdaşlarından qısa mənzilli hava hücumundan müdafiə sistemlərini artıq alıb.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulamışdır ki, Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi hər hansı silah daşımaları Rusiya Aerokosmik Qüvvələri üçün qanuni hədəf olacaqdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov silah tədarükünün dayanmayacağını, əksinə, Ukraynadakı münaqişəni uzadacağını bildirib. Bu faktın fonunda Qərb ölkələrinin mövqeyi “zərərli” və “əks-məhsuldar” görünür.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərb ölkələrindən silahların verilməsi Rusiya ilə Ukrayna arasında danışıqların uğuruna kömək etməyəcək, həm də mənfi təsir göstərəcək.
E.ŞİRİNOV