Dövlət Duması bu gün keçirilən iclasda təxribat fəaliyyətinə şərait yaratmağa görə ömürlük həbsə qədər cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinə yardıma, cəlb etməyə, çağırışlara və təxribat hərəkətlərinin törədilməsinə sövq etməyə, habelə onların maliyyələşdirilməsinə görə məsuliyyəti nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif edilir. Bundan əlavə, təxribat törətmək üçün təlim keçmək və təxribat törətmək üçün cinayət birliklərinin yaradılması cinayət məsuliyyətinə çevriləcək.
E.ŞİRİNOV