Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına (XHƏ) səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Bu barədə o, “Rossiyskaya qazeta”ya məlumat verib.
Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev özünün Telegram kanalında Putinin xüsusi əməliyyat zonasına səfər etdiyini bildirib.
"Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli", - Kreml sözçüsü bildirib.
Noyabrda Peskov Rusiya prezidenti Vladimir Putinin “vaxtında” Donbasa səfər edəcəyini bildirsə də, hələlik konkret planları yoxdur. "Hələlik konkret planlar yoxdur, amma şübhə etmirəm ki, Putinin Donbasa gələcəyi vaxt gələcək, əlbəttə", - sözçü izah edib.
E.ŞİRİNOV