Ukraynanın hər yerində hava həyəcanı elan edilib. Bunu xüsusi hərbi əməliyyatın ərazisi üzrə həyəcan xəritələrinin məlumatları sübut edir.
Hava hücumu ilə bağlı məlumatı Kiyev vilayətinin yerli hakimiyyət orqanları da təsdiqləyib. “Diqqət! Kiyevdə hava həyəcanı elan edilib”, - deyə RİA Novosti-yə istinadən xəbər verilir.
Yerli media Kiyevdə səslənən partlayışlar barədə də xəbər verir.
Bundan əvvəl, dekabrın 24-də Çerkassı, Kirovoqrad, Nikolayev, Poltava, Dnepropetrovsk vilayətlərində hava həyəcanı elan edilib.
E.ŞİRİNOV