Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçıların keçirdiyi etiraz aksiyasına gələməyən ermənilərə zor tətbiq edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə bir sıra KİV-lərdə məlumat yayılıb. Məlumatlara əsasən, aksiyada maksimum kütləvilik yaratmaq üçün bütün "inzibati təşkilatlar"a tapşırıq verilib. Belə ki, "inzibati strukturlar"da çalışanlara mitinqdə iştirakın məcburi olduğu, müəllimlər və həkimlərə iştirak etməyəcəyi təqdirdə, işdən qovulma ilə bağlı xəbərdarlıq edilib. "Ali məktəb" tələbələri aksiyaya qatılmayacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar. Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilib. Mitinqə gələn hər bir kəsə 30-40 dollar təklif olunub. Məlumatlara əsasən, ötən gün saat 14:00-da baş tutan aksiyaya gəlməyən müəllimlər, həkimlər, tələbələr və digər inzibati yerlərdə işləyənlərə artıq təzyiqlər başlayıb.

24 news.ge

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN