Moskva və Vaşinqton indi düşmənçilikdə o qədər irəli gediblər ki, indi Yeni ili təbrik etmək vaxtı deyil.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Amerika lideri Co Baydeni yeni il münasibətilə təbrik edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"İndi yox. İndi biz qarşılıqlı düşmənçiliyə o qədər getmişik ki, yəqin təbrik etməyə vaxt yoxdur", - o vurğulayıb.
Bunun digər qeyri-dost ölkələrə də aid olub-olmadığını soruşduqda, Kreml sözçüsü dəqiq bir şey deyə bilməyəcəyini bildirib.
Dekabrda Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin hələ də acınacaqlı vəziyyətdə olduğunu bildirib.
E.ŞİRİNOV