Yanvarın 10-da NATO və Avropa İttifaqı üçüncü əməkdaşlıq bəyannaməsini imzalayacaq.
Bu barədə hərbi blokun mətbuat xidməti məlumat yayıb.
NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen yerli vaxtla saat 11:00-da (Moskva vaxtı ilə 13:00) NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər. Sənədin imzalanmasından sonra mətbuat konfransı keçiriləcək.
NATO ilə Aİ arasında əməkdaşlığa dair ilk bəyannamə 2016-cı ildə imzalanıb. Bildirilib ki, sənəd “miqrasiya, hibrid təhdidlər və ya kiberhücumlar da daxil olmaqla ümumi çağırışlara cavab vermək üçün resursların birləşdirilməsini” təmin etməli idi. İkinci sənəd 2018-ci ildə imzalanıb və bu sənəddə qoşunların və hərbi texnikanın hərəkətinin təkmilləşdirilməsi ilə bağlı birinci sazişə bəndlər əlavə edilib.
Bundan əvvəl Dövlət Duması NATO-nun daxildən dağılmasına icazə vermişdi.
E.ŞİRİNOV