Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının üzvü Rati Yonatamişvili bildirib ki, Ukrayna ölkənin ədliyyə sisteminə müdaxilə etməyə çalışır.

Belə ki, siyasətçi Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyakın həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini müalicə üçün Ukraynaya aparmaq təklifinə reaksiya verib.

"Bu, bir qədər yöndəmsiz bəyanat oldu: Mən gəlib həbsdəki Saakaşvilini öz əllərimlə götürəcəm. Onu ciddi qəbul edə bilmərəm. Digər tərəfdən, aydındır ki, bu, Gürcüstan ədalətinə müdaxilə cəhdidir", - Yonatamişvili bildirib.

Deputat onu da xatırladıb ki, Saakaşvilinin həbsinə dair qərar “müstəqil və obyektiv hallar nəzərə alınmaqla məhkəmə tərəfindən qəbul edilib” və heç kim prosesə müdaxilə edə bilməz.

Gürcüstanın keçmiş prezidenti qətldə iştirak, deputatın döyülməsi, müxalifətin mitinqinin qanunsuz dağıdılması və büdcəni mənimsəmək kimi bir sıra cinayət əməllərində ittiham olunur.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan Gürcüstana qayıtdıqdan sonra saxlanılıb. Həbsdə olduğu müddətdə həkimlər təqsirləndirilən şəxsdə 17 xəstəlik aşkarlayıb və o, özü 30 kq arıqlayıb. Keçmiş prezidentin müdafiəsi dəfələrlə onu müalicə üçün ölkədən çıxarmağa cəhd etsə də, hakimiyyətdən mütəmadi olaraq rədd cavabı alıb.

Dekabrın 20-də Podolyak vəziyyətə münasibət bildirərək deyib ki, tanıdığı adamın "efirdə necə ölməsinə" baxa bilmir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN