Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiya ilə birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi Telegram kanalı məlumat yayıb.

RGV(lər)in aviasiya komponentinə daxil olan Belarus və Rusiya Federasiyası silahlı qüvvələrinin aviasiya bölmələri ilə 2023-cü il yanvarın 16-dan fevralın 1-dək taktiki uçuş təlimləri keçiriləcək.

Bildirilir ki, yanvarın 8-də Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin aviasiya komponenti artıq Belarus ərazisinə gəlib.

Təlimlərə Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodrom və poliqonları cəlb olunacaq.

Yanvarın 6-da Rusiyadan Belarusa hərbi texnika qatarının gəldiyi bildirilir. Avadanlıq Birlik Dövlətinin regional qoşun qruplaşmasının bir hissəsidir. Yanvarın 5-də Belarus Müdafiə Nazirliyi bildirib ki, Minsk Belarus və Rusiya qüvvələrinin regional birgə qruplaşmasının yaradılmasını davam etdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN