Sadə avropalılar öz ölkələrinin liderlərindən fərqli olaraq müharibə yox, sülh istəyir.

Bu fikirləri Avropa Parlamentinin (AP) İrlandiyadan olan üzvü Mik Uolles deyib.

“NATO və Aİ imperiyaları müharibə istəyir, avropalılar isə sülh istəyir”, – o, öz Twitter səhifəsində Ukrayna münaqişəsinə son qoymağa çağıran reklam lövhəsi olan fotonu əlavə edərək yazıb.

Bundan əvvəl Uolles Avropa İttifaqının anti-Rusiya siyasətinin Avropa sakinləri üçün mənfi nəticələrinə diqqət çəkib. Onun sözlərinə görə, Aİ ölkələrinin əhalisinin demək olar ki, 22%-i yoxsulluq həddindən aşağı düşə bilər.

Bir gün əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Xarici İşlər üzrə məqaləsində Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını münaqişəni dayandıracaq həll yolu adlandırıb.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN