Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “European Pravda” qəzetinə yazdığı məqalədə Kiyev Tbilisidən 2008-ci ildə hərbi əməliyyatlar zamanı ona verilmiş “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib.

Diplomat bildirib ki, Ukrayna bütün tərəfdaşlardan hərbi texnika ilə bağlı sorğularda ardıcıl olmaq niyyətindədir. Gürcüstanın timsalında söhbət ABŞ-ın köçürdüyü “Buk” və “Javelin” komplekslərindən gedir. Kasyanovun sözlərinə görə, Vaşinqton çatdırılmanı təsdiqləyib və onları daha yeniləri ilə əvəz etməyi təklif edib.

Kasyanov həmçinin Tbilisini Kiyevə hərbi yardım ötürməkdən imtina etdiyinə görə tənqid edib.

ABŞ başda olmaqla Qərb dövlətləri Moskva ilə qarşıdurmada Kiyevi dəstəkləyib və Ukrayna ordusunu silahla təchiz etməyə başlayıblar.

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulamışdır ki, Ukraynaya tədarük edilən istənilən silah göndərilməsi Rusiya Aerokosmik Qüvvələri üçün qanuni hədəf olacaqdır. Həmçinin Moskva dəfələrlə vurğulayır ki, hərbi yardım yalnız münaqişəni uzadır və Kiyev rejiminin nail olmağa çalışdığı Rusiya ilə NATO arasında birbaşa toqquşmaya çevrilmək təhlükəsi yaradır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN