Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Rusiya Federasiyasında səfərbərliyin guya davam etməsi ilə bağlı Telegram kanallarında yazılan məlumatlara əhəmiyyət vermək lazım deyil.
Bu gün jurnalistlərlə söhbətində Kremlin sözçüsü rəsmi hakimiyyət orqanlarının əsas məlumat mənbəyi olduğunu vurğulayıb.
"Ümumiyyətlə Telegram kanallarına bu qədər önəm verməyə ehtiyac yoxdur. Əsas ilkin mənbə Rusiya Federasiyası Prezidentinin rəhbərlik etdiyi rəsmi orqanlardır. Telegram kanallarını şişirtməyə ehtiyac yoxdur", - deyə Peskov səfərbərliyin davam etdirilməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
O xatırladıb ki, səfərbərlik barədə rəsmi orqanlar tərəfindən "hər şey dəfələrlə deyilib".
2022-ci il sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezidentə qismən səfərbərliyin başa çatması barədə hesabat verib. 300 min nəfər qoşunlara çağırıldı.
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, səfərbərliyin bərpası üçün heç bir əsas yoxdur.
E.ŞİRİNOV