İranlı futbolçu Əmir Nəsr Azadani etirazlarda iştirak etdiyinə görə həbs cəzası alıb.
Bu barədə "Tasnim" məlumat yayıb.
Əvvəlcə futbolçu ölüm cəzası ilə hədələnsə də, cəza dəyişdirilib. Ümumilikdə o, üç ittiham üzrə 26 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə qeyri-qanuni qruplaşmalarda iştiraka və milli təhlükəsizliyə qarşı cinayətlərdə sui-qəsd və ortaqlığa görə beş il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, oyunçu “moharebu” (“Uca Allaha düşmənçilik”) ilə əməkdaşlıqda təqsirli bilinib. Bu ittihamla o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
İran qanunlarına görə, Azadani həbs müddətini eyni vaxtda çəkəcək. Beləliklə, idmançı 16 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.
Bundan əvvəl Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası Azadani ilə bağlı yaranmış vəziyyətlə bağlı İran hakimiyyətinə müraciət etmişdi. Təşkilat qadın hüquqlarına dəstək aksiyalarından sonra futbolçunun edam olunacağı ilə bağlı yayılan xəbərlərdən hiddətləndiyini bildirib. Onlar onun cəzasının dərhal götürülməsinə çağırıblar.
26 yaşlı Azadaninin son klubu "İrancavan"ı olub.
E.ŞİRİNOV