Yanvarın 8-dən etibarən paytaxt ərazisində qarlı hava şəraiti hökm sürür və bu gün də gecə saatlarında yolların buz bağlaması ehtimal olunur. Bu səbəbdən yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində qeyd olunur.

Məlumatda bildirilir ki, səfərə başlamadan əvvəl sürücülər avtomobilin texniki sazlığını, şüşəsilənləri, təkərlərin vəziyyətini, işıq sistemini təhlükəsizlik üçün bir daha yoxlamalıdırlar: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri ara məsafəsinə riayət etməyə, lüzumsuz manevrlər etməkdən çəkinməyə çağırır. Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir. Həmçinin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etmək təcrübəsi olmayan sürücülərə, xüsusilə də sutkanın qaranlıq vaxtında sükan arxasına keçməməyi tövsiyə edirik”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN