Bir müddətdir Ermənistan hakimiyyəti və ölkədəki bir sıra siyasətçilər Rusiya əleyhinə açıq-aşkar fikirlər səsləndirməkdədir.

Hətta Ermənistanıb baş naziri Nikol Paşinyan Moskvadakı üçtərəfli görüşə getməmiş və bu barədə məlumatı da diplomatik münasibətlərə uyğun olan tərzdə deyil, mətbuat xidməti tərəfindən xəbər açıqlanmışdı. Rusiya XİN rəhbəri Sergey Lavrov da mətbuat konfransənda Ermənistan tərəfinin bu kobud davranışını vurğulamış və müsaj göndərmişdi.

Bu dəfə isə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı Rusiyanın hərbi mövcudluğunun Ermənistanı təhdid etdiyini bildirib.

“Rusiyanın Ermənistanda hərbi mövcudluğu, nəinki sonuncunun təhlükəsizliyinə təminat vermir, əksinə, respublika üçün təhdidlər yaradır”, - deyə Ermənistan KİV-i xəbər verir.

Paşinyanın sözlərinə görə, hazırda Moskva və İrəvan Rusiyanın Ermənistanda hərbi mövcudluğunun rolu və əhəmiyyətini müzakirə edirlər.

Xatırladaq ki, bundan əvvəl Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yaxınlığında Rusiya əleyhinə aksiya keçirilib. İştirakçılar RF Silahlı Qüvvələrinin bazasının Ermənistandan çıxarılmasını tələb ediblər. Təşkilatçısı isə “Milli Demokratik Qütb” siyasi hərəkatı idi. Hərəkatın şura üzvü Vahe Qasparyan “Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal olunub”, -deyə bəyan etmişdi.

Ermənistanın Rusiyaya qarşı fikirlərinin qatı şəkildə dəyişməsi ölkə rəhbərliyi səviyyəsində verilmiş bəyanatlardan da açıq-aşkar görülməkdədir. Və Rusiya da bunun fərqindədir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN