Əsir düşmüş ukraynalı əsgər bildirib ki, komandanlıq əsgərləri qırğına göndərdiyi üçün Ukrayna Silahlı Qüvvələrinin sıralarında çoxlu əsir və yaralı var.

Hərbi əsirlə çəkilmiş videonu Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.

Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı sualı cavablandıran ukraynalı əsgər “Kolossal” deyib.

O bildirib ki, Ukrayna ordusunda yaralıların təxliyyəsi zəif təşkil olunub.

“Rusiyanın günahkar olduğunu və buna bənzər şeylərin olduğunu söyləməyə ehtiyac yoxdur, həqiqətən də ölkəmizdə baş verənləri anlamağa ehtiyac var”, - deyə o bildirib.

Məhbus onu da iddia edir ki, Ukraynada həlak olan əsgərlərin ailələrinə kompensasiya ödənilmir.

Bundan əvvəl təslim olmuş ukraynalı əsgərlər komandanlığın onları cəbhə xəttinə qurbanlıq kimi atdığını bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN