Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Rusiyanın təklifləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd imzalamağa hazırdır.

TASS xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

“Biz Rusiyanın təklifləri əsasında sənəd imzalamağa hazırıq və bu gün mən bunu bir daha təsdiq edirəm. Problemi sonraya təxirə salmaqdansa, indi həll etmək vacibdir. Gecikmiş qərar qarşıdurmanın davamı deməkdir”, - Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri 2022-ci il dekabrın 23-də Moskvada görüşməli idilər, lakin Ermənistan tərəfi danışıqlarda iştirakdan imtina edib. İrəvan azərbaycanlı ekoloji fəallar tərəfindən bloklanan Laçın dəhlizindəki vəziyyət, eləcə də Dağlıq Qarabağda yaranmış humanitar böhran səbəbindən görüşün təxirə salınmasını xahiş edib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN