Polşanın Belarus sərhədləri yaxınlığında yeni diviziya yerləşdirmək planlarını yalnız həm Minskə, həm Rusiya və Belarus İttifaq Dövlətinə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı aqressiv addım kimi qiymətləndirmək olar.
BELTA xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.
“Bunu necə qiymətləndirmək olar? Yalnız bir növ təcavüz üçün ərizə kimi. Həm kəşfiyyat uçuşları, həm də keçirilən təlimlərin sayı - bütün bunlar sülh və təhlükəsizliyə töhfə verə bilməz", - deyə Volfoviç qeyd etdi ki, həm Polşa, həm də Baltikyanı ölkələr militarizasiyaya yönəlib.
Yanvarın 9-da məlum olub ki, Polşa ölkənin şərqində Podlaskie voyevodalığı ərazisində fəaliyyət göstərəcək yeni piyada diviziyası yaradacaq. Diviziya Amerikanın “Abrams” tankları və Cənubi Koreyanın “K-2” tankları, Polşa Krab və Cənubi Koreya istehsalı olan “K-9” özüyeriyən haubitsaları, eləcə də pilotsuz kəşfiyyat sistemləri ilə silahlanacaq.
E.ŞİRİNOV