Krımın “administrasiyası” Krım körpüsündə baş verən partlayışa görə dəymiş ziyana görə Ukraynadan təzminat tələb edəcəklərini bildirib.

***

Bunu “Krım parlamentinin rəhbəri” Vladimir Konstantinov deyib. Rusiya mediası ona istinadla yazır ki, Ukraynaya mütləq iddia elan olunacaq.

"İqtisadi ziyan da var. Körpüdə nəqliyyatın hərəkətinə mane olması nəticəsində Krıma xeyli ziyan dəyib ki, bu da yaxşı hesablanıb Ukraynaya qarşı iddiamızın məbləğinə daxil edilə bilər", - Konstantinov deyib.

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün dəmir yolu xəttində güclü partlayış baş verib və ardınca yanğın başlayıb.  Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi “Terrorçuluq” ilə cinayət işi başlanıb. Hücumu hazırlayan və törədən şübhəlilərin kimliyi müəyyənləşib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna xüsusi xidmət orqanları terror aktının sifarişçiləri və icraçılarıdır. Ukrayna lideri Vladimir Zelenski isə Krım körpüsündə törədilən terror aktında Kiyevin əli olmasından xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, Krım körpüsünün partlaması ilə bağlı həbs edilənlər arasında 3 erməni də var -  Artem Azatyan, Georgi Azatyan və yük maşınının sürücüsü Artur Tercanyan.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN