Finlandiya Ukraynaya bir neçə Leopard 2 tankı göndərməyə hazırdır.

Bu barədə prezident Sauli Niiniste bildirib.

Onun sözlərini "Reuters" agentliyi sitat gətirib.

"Ukraynaya yardım üçün birgə Avropa layihəsi yaradılarsa, o zaman Finlandiyanın da töhfəsi tələb olunacaq. Tankların sayı çox ola bilməz, çünki Finlandiya Rusiya ilə həmsərhəddir və NATO-nun bir hissəsi deyil", - S.Niiniste deyib.

Bundan əvvəl Ukrayna hakimiyyəti alman tanklarının əldə edilməsi ehtimalını şərh edib. Xarici işlər naziri Dmitri Kuleba əmin edib ki, Berlin qaçılmaz olaraq Kiyevə tanklar göndərəcək. Onun fikrincə, Almaniya özüyeriyən haubitsaları ötürərkən də eyni şəkildə davranıb.

Bundan əvvəl Almaniya Ukraynaya Leopard 2 tanklarını verməkdən imtina etməsini izah etmişdi. Respublika Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebeştreit NATO-ya üzv ölkələrin hərbi münaqişəyə cəlb oluna biləcəyi ssenaridən qaçmaq lazım olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN