Serbiya hökuməti Ukraynaya humanitar yardımın partiyasını göndərmək barədə qərar qəbul edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin cümə axşamı yaydığı məlumatda deyilir.
“Serbiya hökuməti Ukraynaya ölkənin enerji sistemini dəstəkləmək üçün lazım olan avadanlıqlar şəklində humanitar yardım göndərmək qərarına gəlib”, - sənəddə deyilir.
Qeyd edəkki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Serbiya prezidenti Aleksandr Vuçiç Təhlükəsizlik Şurasının iclasından sonra xalqa müraciətində respublikanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirib.
Serbiya prezidenti bildirib ki, ölkə bütün xarici tərəfdaşlarla ordu və polis təlimlərini müvəqqəti dayandırır. O qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir, Avropanın şərqində baş verənlərdən təəssüflənir və Kiyevə humanitar yardım göstərməyə hazırdır.
E.ŞİRİNOV