booked.netbooked.net booked.net  

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Kirillovka bölgəsində ukraynalı partizanlar bir qrup rus hərbçisini məhv ediblər.

Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzindən məlumat verilib. Rus hərbçilərinin zəbt etdiyi evdə partlayışın baş verdiyi məlum olub. Həmçinin, bəzi rus hərbçiləri də yaralanıb.

"Kirillovkada partizanlar şəhərdəki evlərdən birini zəbt etmiş bir qrup rus əsgərini məhv etməyə nail olublar. Yaralılar da var", - məlumatda deyilir.

Ukrayna partizanları

Bildirilir ki, Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərində partizanlar rus hərbçilərinə fəal müqavimət göstərirlər.

İyun ayında Melitopol meri İvan Fedorov bildirmişdi ki, yerli partizanlar təhlükəsizlik xidməti ilə birlikdə 100-dən çox işğalçını məhv ediblər.

Amerika Müharibənin Tədqiqi İnstitutu yazıb ki, partizanların fəaliyyəti Rusiya ordusunun Ukrayna ordusunun əks-hücumuna qarşı müdafiə qabiliyyətini azaldır.

Bu yaxınlarda ukraynalı partizanlar Luqansk və Lantratovka kəndi arasındakı hissədə dəmir yolu xəttini dağıdıblar.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN