Azərbaycanda ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formatda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, il ərzində e-xidmətlərindən istifadə sayı 2.4 milyonu ötüb. Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. İl ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur.

Eyni zamanda, boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN