Zəfərlə başa çatan 44 günlük Il Qarabağ müharibəsinin gedişi və nəticələri əsl həqiqəti üzə çıxardaraq, İran Molla rejiminin iç üzünü, məram və məqsədini tamam açdı
Bu günlərdə Avropada yaşayan dəyərli ziyalımız , ətrafında 100-dən çox vətənini, dövlətini sevən ziyalıları birləşdirən“Ya Qarabağ, ya ölüm” adlı vatsap qrupunun yaradıçısı Elman Mustafazadənin, həmçinin təsisçisi və baş redaktoru xudafərin.eu saytında jurnalist-politoloq Qəvami Sadıqbəylinin İranın Bakıdakı casus şəbəkələri barədə maraqlı yazısı dərc olunub. Yazının aktualllığını nəzərə alıb, onunla tezadlar.az saytının oxucularını da tanış etmək istədim. Bu səbəbdən həmkarımız Q.Sadıqbəylinin həmin yazısını olduğu kimi təqdim edirəm.
***
Azərbaycan 1991-ci ildə SSRİ-dən ayrılaraq müstəqillik əldə etdi . Həmin zamana kimi ölkəmizdə Rusiyadan başqa xarici dövlətlərin agentura (cəsus) şəbəkəsi hiss olunmurdu. Respublikamızın müstəqilliyi bərqərar olana qədərki “zaman kəsiyi", yəni 1991-1995-ci illər çox kövrək dövr idi .Həmin illərdə dövləti idarə edənlərin başı, ölkənin təhlükəsizliyi (l Qarabağ müharibəsi ), beynəlxalq əhəmiyyətli neft müqavilələrinin bağlanması, əhalinin sosial iqtisadi vəziyyətinin yüngülləşdirilməsi və digər təxirəsalınmaz məsələlərin həllinə qarışmışdı .
İran dövləti müstəqilliyimizin bu kövrək mərhələsini özünə fürsət bildi. Məqamdan xain məqsədləri üçün istifadə etdərək, Azərbaycanda özünün cəsuc şəbəkəsini (5 -ci kolonunu) yaratmağa başladı. Məlumdur ki, din çox həssas məsələdir. Adını İslam Respubliksı qoymuş İran da müsəlman dininə etiqad edən xalqımızın incə (zəif) damarından istifadə etməyə girişdi.
İlk növbədə Azərbaycan ərazisində İmam Xomeyni adına "İMDAD" Xeyriyyə Cəmiyyəti yaratdılar. Bu təşkilat ölkə üzrə əhalinin kasıb təbəqəsinə yardım etmək adı ilə müxtəlif tədbirlər keçirməyə başladı. Bir qədər möhkəmləndikdən sonra isə, qaçqın düşərgələrinə və ayrı - ayrı məntəqələrə də nəzarəti ələ keçirdilər. Tədbir keçirdikıəri yerlərdə "özlərinə uyğun" insanları seçərək onları Qum, Qəzvin, Dəməşq şəhərlərinə dini təbsil almağa aparırdılar. Sonra həmin adamları təlimatlandırıb, yenidən Azərbaycana göndərirdilər.
Bu proses uzun illər davam edib. O dövrün mətbuatını izləyənlər bilir ki, Azərbaycanın vətənpərvər jurnalistləri (məsələn, mərhum Ənvər Börüsoy , Qəvami Sadıqbəyli , Məhəmməd Novruzlu və s.) bu mövzuda məqalələr yazaraq, dövlət rəsmilərini gələcək təhlükələr barədə xəbərdalıq etməyə çalışırdılar. Əvəzində həmin jurnlistlər bu istiqamətdəki fəaliyyətlərinə görə naməlum qüvvələr tərəfindən təqib olunurdular.
Cəsus şəbəkəsi , "öhdəliklərinı" əsasən İran İnqilabı Keşikçiləri Qvardiyasının tabeçiliyində olan ETTELAAT-nın xətti ilə həyata keçirirdi . Bütün bunların hamısına imam Seyid Əli Xamenei rəhbərlik edir.
Agenturanın fəaliyyəti əasasən bunlardır:
- Məscidıər;
- Ti c a r ə t obyektləri;
- QHT (Qeyri-Hökümət Təşkilatları);
- Ailələr və digər sahələri əhatə edir .
Məqsəd:
1) Azərbaycan cəmiyyətinin mühüm təbəqəsini "özününküləşdirmək",
2) Xomeyninin İslam doktrinasını Azərbaycanda həyata keçirmək,
3) Respublikamızı nisbətən asan yolla "könüllü" işgal edib İrana qatmaqdır.
Müşahidələr göstərir ki, son 30 ildə özünü müsəlman adlandıran bu dövlət etibarımızdan su - istifadə edərək əlaltından çox işlər görüb. Lakin istəyinə çata bilməyib. Necə deyərlər, xərclənən milyonlar havaya uçub.
Zəfərlə başa çatan 44 günlük Il Qarabağ müharibəsinin gedişi və nəticələri əsl həqiqəti üzə çıxardaraq, İran Molla rejiminin iç üzünü, məram və məqsədini tamam açdı. Xalqımıza, eyni zamanda bütün dünyaya məlum oldu ki, İran İslam Respublikası müsəlman azərbaycanlılarla yox, bizimlə, həmçinin bütün türk dünyası ilə düşmənçilik edən xristian ermənilərlə dostluq və qardaşlıq edir .
Bütün bu reallıqları nəzərə alaraq, aşağıda verdiyimiz təkliflərin təcili surətdə həyata keçməsini istəyirik:
1. Ölkəmizdə xarici dövlətlərin cəsus şəbəkələrinin mövcudluğunun yolverilməz olduğunu bildirir və onların DTX tərəfindən üzə çixarılması təmin edilsin;
2. Respublikamızın ərazisində yuva salmış, xain niyyətlər həyata keçirən məntəqələrin zərərsizləşdirilməsi yolunda təcili tədbirlər görülsün.
3. Məktəblərdə, iş yerlərində, televiziya kanallarında vətənəpərvərlik mövzusunda təbliğat xarakterli çıxışların sayı və keyfiyyəti artırılsın;
4. Savadlı, vətənpərvər din xadimlərimizi üzə çıxardıb, onlara normal fəliyyət göstərmələri üçün şərait yaradılsın;
5. Qonşu İran İslam Respublikası ilə diplomatik əlaqələrin, konsulluq səviyəsində davam etdirilməsi məqsədəuyğun hesab edilsin.
Dövlətimizi qorumalı, dilimizə, dinimizə, milli dəyərlərimizə sahib çıxmalıyıq. Bu təkliflər nə qədər tez həyata keçirilərsə, İranın ölkəmizdəki casus şəbəkəsi də bir o qədər tez ifşa olunar.
Qəvami Sadıqbəyli,
jurnalist-politoloq.
Xudaferin.eu
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ