Bu gün Qazaxıstan Respublikasının prezidenti Kasım Jomart Tokayev ölkənin daxili işlər naziri Marat Axmetjanovu qəbul edib.

 Qazaxıstan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısına bu ilin yanvar ayında baş vermiş cinayətkarlıqla bağlı vəziyyət barədə məlumat verilib.

Müşavirənin nəticəsinə görə, dövlət başçısı DİN rəhbərinə vətəndaş cəmiyyəti nümayəndələrinə və jurnalistlərə qarşı qanunsuz hərəkətlərin və təxribatların üzə çıxarılması istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

***

Xatırladaq ki, hətta Qazaxıstanda bir müddət əvvəl “Adil söz” Beynəlxalq Fondu və Qazaxıstan Jurnalistlər Birliyinin ölkə Prezidenti Kasım Jomart Tokayevə müraciət də etmişdilər. Məktubda qadın jurnalistlərin təqiblərə məruz qalması diqqətə çatdırılıb və  hüquqi həlli üçün təcili təsirli tədbirlərin görülməsi tələb edilmişdi. 

Daha sonra Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay Facebook səhifəsində bildirmişdi ki, “Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün baş vermiş hadisələrin araşdırılması ilə bağlı müvafiq idarələrə tapşırıqlar verilib.

Onu da qeyd edək, ki, Qazaxıstanda ötən il bəzi jurnalistlər kriminal aləmlə yaxın əlaqədə olma ( jurnalist Mixail Kozaçkov - mütəşəkkil cinayətkar qruplaşmaya Yeldos Kospayevə yardım etməkdə şübhəli bilinir) və rüşvət alma ( bloger və jurnalist Mahambet Abjan – 9 il həbs) səbəbi ilə həbs də ediliblər.

 

JASMİN  

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN