Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin bir sıra bölgələrində 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib. İndiyədək 16546 nəfər həyatını itirib, çoxsaylı yaralı var. XİN-in bu günə olan məlumatına görə, 4 nəfər Azərbaycan vətəndaşı da həlak olanlar sırasındadır.  Dağıntılar altında qalanların axtarışı davam etdirilir. 

Məlum olduğu kimi, elə dəhşətli zəlzələ hadisəsinin ilk günündən Azərbaycan qardaş Türkiyəyə yardım etməyə tələsən ölkələrdən birincisidir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət xilasedici heyəti  qardaş ölkəyə göndərildi.

Və həmçinin ehtiyac duyulan ləvazimatlarla bağlı yardımlar da  göndərilməkdədir.

Azərbaycandan Türkiyəyə yola düşmüş 34 nəfərlik həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edirlər. Hər gün xalqımızın da dəstəyi ilə onlarla TIR-lar, təyyarələr vasitəsilə Türkiyəyə humanitar yardım göndərilir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən də 36 ton humanitar yardım göndərilib.

Prezident İlham Əliyev də Türkiyə səfirliyində olarkən bildirib ki, “Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”, -deyə dövlət başçımız vurğulayıb.

Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu isə zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün Türkiyənin təqdim etdiyi rəsmi statistika bir daha təsdiq edir.

İnfoqrafikaya əsasən, 725 nəfərlik xilasedici ilə Azərbaycan ilk sıradadır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN