Fevralın 11-də Laçın yolunda azərbaycanlıların ekoloji piketə başlamasının 60 günü tamam olur. İki ay ərzində Qarabağ separatçılarının rəhbərliyi mühasirədə olduqlarını iddia edib, baxmayaraq ki, hər gün piketin keçirildiyi yerdən hər iki istiqamətdə ərzaq və digər yüklər daşıyan onlarla yük maşını keçib. Bəzi ölkələrdə ermənipərəst dairələr rəsmi Bakını Qarabağ ermənilərinin ac qalmasına səbəb olmaqda ittiham edirlər. 

Amma nadir hallarda da olsa, həqiqət mətbuata düşür. Ekoloji piketin 61-ci günündə Xankəndində yaşayan bloger David Stepanyan etiraf edib ki, əslində mühasirə yoxdur. Həm də "Mühasirədə iki ay" sərlövhəli yazısında buna dair faktlar göstərib.

O, belə yazır: "...mühasirə dövründə əhalimiz heç bir yardım almayıb, yüklər gəlir, amma onların içindəkilər əhaliyə üç dəfə baha satılır, həm də bunun üçün fevral şaxtasında saatlarla növbədə dayanmaq lazım gəlir.

Bir limon əvvəllər 200 dram idi, indi 500 dramdır, üç ağ balıq əvvəllər 1000 dram idi, indi biri bu qiymətədir. Snikersləri 250 drama satırdılar, indi qiyməti 300 dramdan 800 drama qədər dəyişir. Bunun adı spekulyasiyadır. Və sual yaranır, humanitar yüklərdən kim qazanır...".

1 erməni dramı 0,0043 Azərbaycan manatına bərabərdir. 
XXX

Bloger həmçinin bildirib ki, Qaqik Tsarukyan, Ermənistanlı milyarder övladları mühasirə dövründə dünyaya gələn bütün valideynlərə lazımi yardımı göstərəcək. "Bir də o, Arsaxa ərzaq, dərman və humanitar yük daşıyan 10 yük maşını göndərdiyini deyib".  Belə bir sual yaranır ki, ermənilərin iddia etdiyi kimi region Azərbaycanlılar tərəfindən mühasirəyə alınıbsa, Tsarukyan 10 yük maşınını Qarabağa necə göndərəcək?

Əlavə edək ki, fevralın 8-də Rusiya sülhməramlılarının əhalinin həyat təminatı üçün zəruri olan bütün yükləri daşıyan 62 avtomobili Xankəndi-Laçın yolundan maneəsiz olaraq keçib. Etiraz aksiyasının iştirakçıları humanitar məqsədlərlə istifadə olunan nəqliyyatın hərəkətinə mane olmur.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN