Türkiyədə baş verən zəlzələ nəticəsində indiyədək dağıntılar altından 24 617 nəfərin meyiti çıxarılıb...

Təbii ki, bu rəqəm hər saat dəyişir. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Türkiyə prezidentinin köməkçisi Fuat Oktay bu rəqəmləri açıqlayıb. O, bildirib ki, xilasetmə işləri davam etdirilir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN