NATO-nun müdafiə nazirləri fevralın 14-15-də Brüsseldə keçiriləcək görüşdə Ukraynaya təyyarələrin çatdırılması imkanlarını müzakirə edəcəklər, lakin bu, çox vaxt aparacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq nazirlərin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

"Aydın şəkildə ayırd etməliyik: Ukraynada uçuşa qadağa zonasını təmin etmək üçün pilotlarla birlikdə NATO təyyarələrinin göndərilməsi NATO-nun münaqişədə iştirakıdır, ukraynalılara təyyarələrin tədarükü NATO-nu münaqişənin iştirakçısına çevirməyəcək. Bu mövzu NATO-nun müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq, lakin siz başa düşməlisiniz ki, bu, xeyli vaxt tələb edəcək və Ukraynanın təcili təchizata ehtiyacı var, ona görə də biz əmin olmalıyıq ki, bütün ölkələr öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək", - o deyib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN