Türkiyədə zəlzələ zamanı uçan binaların çoxu yer problemi səbəbindən uçub.

Tezadlar.az "Yeni Şafak"-a istinadən xəbər verir ki, çöküşün səbəbini ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlayıb.

O, aydınlaşdırıb ki, dağılan evlərin 98 faizi 1999-cu ildə baş vermiş güclü zəlzələdən əvvəl tikilib, bundan sonra hakimiyyət seysmik zonalarda tikinti qaydalarını sərtləşdirib. Nəticədə, bu tikililər kommunal xətlər, qrunt problemlərinə görə, həmçinin torpağın mayeləşməsinə görə davam gətirə bilməyib.

"Biz həm yerin tədqiqatında, həm də tikinti üçün yeni yerlərin müəyyən edilməsində şəhərin ehtiyaclarını nəzərə alaraq işimizi davam etdiririk", - Kurum deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə zəlzələlər olub. Bildirilib ki, onlar 1939-cu ildən bəri ən güclü olublar və Ümumdünya Səhiyyə Təşkilatı bu ölkədə və Suriyada baş verən zəlzələni Avropa regionunda əsrin ən güclü təbii fəlakəti kimi tanıyıb.

Son məlumatlara görə, Türkiyədə 35 mindən çox insan təbii fəlakətin qurbanı olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN